Əlahiddə Ümumqoşun Orduda, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında, Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasında və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayında keçirilən mərasimlərdə gənc əsgərlər Vətənə sədaqət andı içiblər.
Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
MN Qars təlimindən görüntülər yaydı - VİDEO
Məlumata görə, Əlahiddə Ümumqoşun Orduda keçirilən mərasimdə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi yad edildi və Dövlət Himnimiz səsləndirilib.
Gənc əsgərlər Azərbaycan Respublikasının mənafeyini, ərazi bütövlüyünü və müstəqilliyini canları bahasına qoruyacaqlarına and içiblər.
Tədbirdə çıxış edənlər gənc əsgərləri təbrik etdilər və hərbi andı qəbul etməyin sevincini yaşayan əsgərlər də döyüş tapşırıqlarına məsuliyyətlə yanaşacaqlarına söz veriblər.
Naxçıvan Qarnizonunun rəisi, general-polkovnik Kərəm Mustafayevin təbriki şəxsi heyətə çatdırılan zaman bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin hərbi-elmi əsaslarla formalaşdırdığı Milli Ordu quruculuğu siyasətinin uğurla davam etdirilməsi nəticəsində işğal altındakı torpaqlarımızı düşməndən azad edən Müzəffər Ordumuz dövlət-xalq-ordu birliyindən güc alaraq tarix yazdı.
İnanırıq ki, bu gün hərbi andı qəbul edən gənclərimiz də Vətən Müharibəsində şücaətləri ilə seçilən hərbi qulluqçularımız kimi torpaqlarımızın müdafiəsində cəsarətlə dayanacaqlar.
Andiçmə mərasimi şəxsi heyətin təntənəli keçidi ilə başa çatıb.
Bizim.Media