UNEC-in yubiley tədbirlərinin intellektual startı

Hazırda oxunan: UNEC-in yubiley tədbirlərinin intellektual startı

110269
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Nə? Harada? Nə zaman?”x9d inellektual yarışı keçirilib. Beyin yarışı UNEC-in 85 illik yubileyinə həsr edilib.

UNEC-in “İqtisadçı”x9d qəzetinin baş redaktoru, “Turan”x9d intellektual oyunlar klubunun üzvü Anar Eyyubovun təşkil etdiyi tədbirə ölkənin 10-dan çox aparıcı universitetlərinin tələbə və məzunlarından ibarət 17 komanda qatılıb. Yarışmada peşəkarlarla yanaşı, bu sahədə ilk addımlarını atan komandalar da biliklərini sınayıblar.

3 tur və 36 sualdan ibarət gərgin mübarizədə I yeri “Vendomat”x9d komandası tutub. Komandanın kapitanı UNEC-in magistrantı Türyan Məmmədovdur. II və III yerlərin sahibləri müvafiq olaraq “HİT”x9d və “Dream Team”x9d komandaları olublar. “Vendomat”x9da orijinal çin şahmat dəsti hədiyyə edilib. UNEC-in Tələbə Gənclər Təşkilatı hər üç qalib komandanın üzvlərinə milli futbol çempionatının “Neftçi”x9d ”“ “Zirə”x9d oyununa biletlər verib. Bütün iştirakçılara nəfis kitablar və digər simvolik hədiyyələr təqdim edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin