"Bundan sonra evdə otura bilmərəm" - İşdən çıxan 70 yaşlı general

Hazırda oxunan: "Bundan sonra evdə otura bilmərəm" - İşdən çıxan 70 yaşlı general

110251

Xəbər verdiyimiz kimi, dünən Daxili İşlər nazirinin müavini general-leytenant Oruc Zalov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib. Onun yerinə Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Oqtay Kərimov təyinat alıb.

Oruc Zalov təqaüdə göndərilməsi ilə bağlı Manset.az-ın suallarını cavablandırıb. General bundan sonrakı fəaliyətində ailəsinə, nəvələrinə daha çox vaxt ayıracağını bildirib:

"Mən çox ağır zamanlarda işləmişəm, xidmətini aparmışam. İndi də 70 yaşım var. Bundan sonra ailəmlə, nəvələrimlə məşğul olacam. İndiyə qədər gərgin iş buna imkan vermirdi, bundan sonra çalışacam onlara daha çox vaxt ayırım. Təbii ki, bu qədər işləyən adam evdə də otura bilməz. Yəqin ki, hansısa işlə məşğul olacam. Bu barədə hələ danışmaq tezdir. İstirahət edib, sonra baxacam”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin