Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevə qarşı irəli sürülən ittihamlar sırasında CM-nin 178-ci maddəsi yoxdur.
Bu sözləri Axar.az-a açıqlamasında C.Hacıyevin vəkili Aqil Layıcov deyib. Onun sözlərinə görə, müvəkkili dələduzluq maddəsi ilə ittiham olunmur:
“Ötən gün bəzi media qurumları Cahangir Hacıyevə qarşı CM-nin 178-ci maddəsi (dələduzluq) ilə ittiham irəli sürüldüyünü bildirib. Halbuki hüquqlarını müdafiə edəcəyim şəxsə qarşı Cinayət Məcəlləsinin 179-cu və 308-ci maddələri əsasında ittiham irəli sürülüb”x9d.
Qeyd edək ki, C.Hacıyev barəsində ötən gün Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
































































































