SOCAR rəsmiləri neftçilərə baş çəkdi

Hazırda oxunan: SOCAR rəsmiləri neftçilərə baş çəkdi

110069
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidentləri “Günəşli”x9d yatağının 10-cu dərin dəniz özülündə baş vermiş yanğın və qəza nəticəsində xəsarət alanlara Mərkəzi Neftçilər Xəstəxanasında baş çəkiblər.
xa0
xa0
APA-nın hazırda xəstəxanada olan əməkdaşının verdiyi məlumata görə, vitse- prezidentlər Xalik Məmmədov, Elşad Nəsirov, Bədəl Bədəlov, Tofiq Qəhrəmanov xəstələrin səhhəti ilə maraqlanıb, onlarla bağlı həkimlərdən məlumat alıblar.
xa0
xa0
Məlumata görə, SOCAR prezidenti Rövnəq Abdullayev hazırda hadisə baş verən xa0platformadadır.
xa0
xa0
Qeyd edək ki, bu gün xa0bu gün Ombudsman Elmira Süleymanova, Azərbaycan Həmkarlar İttifaqları Konfedarasiyasının rəhbəri, millət vəkili Səttar Mehbalıyev, xa0əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, səhiyyə naziri Oqtay Şirəliyev, SOCAR rəhbərliyi də xəstələrə baş çəkib.
xa0
xa0
Xatırladaq ki, xa0qəzada xəsarət almış 8 nəfər hazırda Mərkəzi Neftçilər Xəstəxanasındadır. Onların vəziyyətləri qənaətbəxşdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin