Bu gün buraya gələrək Cəbrayılda bu səhnələri görmək doğrudan da ağrılıdır.
Bizim.Media xəbər verir ki, bunu Xorvatiyanın Azərbaycandakı səfiri Branko Zebic diplomatik korpus nümayəndələrinin Cəbrayılda ermənilər tərəfindən törədilmiş dağıntılarla tanış olduqdan sonra jurnalistlərə açıqlamasında deyib.
MÖVZU İLƏ BAĞLI:
İnsan sümükləri ətrafa səpələnib - Səfir gördüklərindən dəhşətə gəldi
Səfir bildirib ki, bu vəziyyət 30 il bundan əvvəlki Xorvatiyanı xatırladır:
“Burada bəzi səhnələr daha da ağrılıdır. Xüsusilə qəbristanlığın tamamilə dağıdılmasını görmək kifayət qədər ağrılı bir səhnədir".
"Bu kimi hallar bizə onu göstərir ki, bu cür hadisələr, münaqişələr baş verməməlidir və bir daha bu cür mənzərələri yaşamamalıyıq”.
Bizim.Media