Bakı-Quba yolundakı qəza ilə bağlı YENİ XƏBƏR – Ekspertiza təyin edildi 

Hazırda oxunan: Bakı-Quba yolundakı qəza ilə bağlı YENİ XƏBƏR – Ekspertiza təyin edildi 

110012

Xəbər verdiyimiz kimi, ötən gün Bakı-Quba yolunun 98-ci km-də Siyəzən rayonu ərazisində ağır qəza hadisəsi baş verib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, qəza faktı ilə bağlı DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində Cinayət Məcəlləsinin 263,3 maddəsi ilə cinayət işi açılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Bakı-Quba yolundakı ağır qəzada 6 nəfər ölüb - YENİLƏNİB


6 nəfərin həyatına son qoyan qəzanın səbəbini  ayırd etmək üçün avtotexniki ekspertiza təyin edilib.

Qeyd edək ki, ötən gün Yardımlı rayon sakini  Nəsimi Qubadbəylinin idarə etdiyi "Mersedes Benz" markalı avtomaşın Quba rayon sakini  Elçin Atayevin idarə etdiyi "DAF" markalı TIR-la toqquşub.

Nəticədə, “Mersedes”in sürücüsü və 5 sərnişini hadisə yerində keçinib. 

E.Atayev Siyəzən Müalicə Diaqnostika Mərkəzində ilkin müayinədən sonra polis əməkdaşları tərəfindən saxlanılıb. O, ilkin ifadəsində “Mersedes”in onun idarə etdiyi nəqliyyat vasitəsinin üstünə gəldiyini və toqquşma baş verdiyini deyib.

Cinayət işinin istintaqı hazırda davam etdirilir.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin