Vilayət Eyvazov Xaçmazda vətəndaşları qəbul edib - FOTO

Hazırda oxunan: Vilayət Eyvazov Xaçmazda vətəndaşları qəbul edib - FOTO

110008

Azərbaycanın Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov bu gün Xaçmazda şimal bölgəsi vətəndaşlarını qəbul edib.

Bizim.Media xəbər verir ki, qəbulda Xızı, Siyəzən, Şabran, Xaçmaz, Quba və Qusar rayonlarından olan sakinlər iştirak edib. 

Vətəndaşları diqqətlə dinləyən nazir səslənən hər şikayət barədə yerindəcə aiddiyyatı məsul şəxslərə tapşırıqlarını verib. Əhalini ən çox narahat edən suallara aydınlıq gətirilib.

Qəbul zamanı Quba şəhər sakini Rəşad Talıbov azyaşlı oğlunu avtomobil sürdüyünə görə polislər tərəfindən döyülməsini sübut edən diskləri də Vilayət Eyvazova təqdim edib. Nazir məsələnin ədalətli şəkildə araşdırılacağını bildirib.

Öz növbəsində Eyvazov vətəndaşa bildirib ki, azyaşlının avtomobil idarə etməsi yolverilməzdir, valideyndən belə həssas məsələlərə diqqətli olmağı tövsiyyə edib. Vətəndaş Talıbov təşəkkürünü bildirərək deyib ki, o, məsuliyyətli biridir, Qubada narkotikdən istifadə edən 12 nəfər barədə polisə məlumat verib. Belə halların gələcəyimizi zəhərləməsin deyə əlindən gələni edir.
Vilayət Eyvazov buna görə Rəşad Talıbova təşəkkür edərək narkotiklə mübarizənin tək polisin deyil, bütün cəmiyyətin borcu olduğunu qeyd edib.

Daxili İşlər nazirinin vətəndaşlarla keçirdiyi qəbulda iştirak edən Bizim.Media-nın Şimal bürosunun əməkdaşı Aytəkin Alxaslı da bəzi fikirlərini çatdırıb.

Jurnalistlərin peşə fəaliyyəti ilə bağlı bəzi çətinliklərdən danışıb, eyni zamanda birgə əməkdaşlığın faydalarını qeyd edib. Nazir Vilayət Eyvazov bütün səslənilən fikriləri dinləyərək lazımi instansiyalara öz tapşırıqlarını verib.

Aytəkin Alxaslı, Bizim.Media, Xaçmaz

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin