Təxliyyə edilmiş SOCAR əməkdaşları müayinədən keçiriliblə ”” SİYAHI

Hazırda oxunan: Təxliyyə edilmiş SOCAR əməkdaşları müayinədən keçiriliblə ”” SİYAHI

109989
Günəşli yatağındakı qəza baş vermiş 10 saylı dərin dəniz özülündən təxliyyə edilmiş SOCAR əməkdaşları Mərkəzi Neftçilər Xəstəxanasında müayinədən keçirilmişlər.

Moderator.az SOCAR-ın saytına istinadən xəbər verir ki, xəstəxanaya ümumilikdə 31 müraciət olunmuş, 22 nəfər ambulator müalicəyə cəlb edilmişdir. 1 nəfər Yanıq Mərkəzinə göndərilmiş, 8 xəstə isə müxtəlif diaqnozlarla Mərkəzi Neftçilər Xəstəxanasının stasionarına qəbul edilmişdir.

Aşağıda stasionara qəbul olunan xəstələrin siyahısı verilmişdir:

Rəcəbov Mərdan - qabırğa sınığı

Məmmədov Allahverdi - bazunun sınığı

Əliyeva Məlahət - bel fəqərəsinin sınığı

Hüseynov Rəşid - kəllə beyin silkələnməsi

Abbasov Mais - alın nahiyyəsinin kəsilmış, cırılmış yarası

Əliyev Ənvər - alın nahiyyəsinin burun göz altı yarası

Cəfərov Faiq - hipotermiya,başın yumşaq toxumaların əzilməsi

Orucov Atakişi - hipotoniya,yumşaq toxumaların əzilməsi
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin