Gələn ilin oktyabr ayına qədər "Xaçınçay" su anbarında təmir və bərpa işləri başa çatacaq.
Bizim.Media trend.az-a istinadən xəbər verir ki, bunu bu gün "Xaçınçay" Su Anbarına mediatur zamanı jurnalistlərə açıqlama verən "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədr müavini Rafiq Aslanov deyib.
O bildirib ki, hazırda anbarın bənd hissəsində beton bərkitmə işləri aparılır.
""Xaçınçay" Su Anbarı 1964-cü ildə tikilib, təqribən dəniz səviyyəsindən 1800 metr hündürlükdən mənbəyini götürür. Çayın mənbəyi qrunt suları, yeraltı sular və yağış sularıdır. Xaçınçay su anbarı tikilməklə Ağdam rayonunun 7 min hektar əkin sahəsini suvarma ilə təmin edib. Son 30 ildə mənfur qonşularımız tərəfindən bir sıra ərazilərimiz işğala məruz qalıb. O cümlədən də Xaçınçay su anbarının ərazisi. İşğaldan azad olunandan sonra 2020-ci ildə prezident tırəfindən Dövlət Su Komissiyası yaradılıb . Komissiya anbara baxış keçirəndən sonra məlum oldu ki, anbar demək olar ki istifadəyə yararsızdır, ermənilər tərəfindən tamamilə dağıdılıb. Eyni zamanda bənd də qəzalı vəziyyətdə idi.
İlk növbədə ərazi minadan təmizləndi, sonra isə iqtisadi-texniki əsaslandırma və layihə smeta sənədlərinin hazırlanmdı və təmir- bərpa işlərinə start verildi. Təmir- bərpa işlırini Körpü Bina Tikinti şirkəti həyata keçirir. Təkcə bəndin yamacının beton hissəsi 80 min kv metrə yaxın aşınmışdı. Aşınan hissəsi sökülüb çıxarılıb. 80 faizə qədər hissədə bərpa işləri tamamlanıb, 20-30 sm qalınlığında beton vurulur.
Yamacda görülən işlətlə yanaşı ermənilər tərəfindən bərbad vəziyyətə salınmış suqəbuledici qurğuların və bərpasına başlandı".
Sədr müavini bildirib ki, bəndin qəza sutullayıcısında müəyən bərpa işləri həyata keçirilir.
"Magistral kanalın 7 km hissəsində suburaxma qabiliyyəti 3,2 kubmrtr saniyədir. Burada da betonlama işlərinə başlanılıb. Nəzərdə tuturuq ki gələn ilin oktyabr ayına qədər tamamilə başa çatsın. Suyun yığılmasını təmin edək və 2024-cü ilin payız suvurmasını bununla təmin edə bilək. Hazırda iki növbəli iş rejimi tətbiq olunur"- R.Aslanov deyib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:48 / 16.12.2022
"Xaçınçay" su anbarı bu tarixdə istifadəyə veriləcək - FOTO
Hazırda oxunan: "Xaçınçay" su anbarı bu tarixdə istifadəyə veriləcək - FOTO
Hazırda oxunan: "Xaçınçay" su anbarı bu tarixdə istifadəyə veriləcək - FOTO
109988
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.