Azərbaycanın işğaldan azad etdiyi digər rayonlarında olduğu kimi, Cəbrayılda da eyni mənzərənin şahidi olduq. Bu ərazilərdəki dağıntılardan ibrət götürmək lazımdır.
Bizim.Media-nın məlumatına görə, bunu Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral Ermənistan tərəfindən yerlə-yeksan edilmiş Cəbrayıl şəhərində jurnalistlərə açıqlamasında deyib.
MÖVZU İLƏ BAĞLI:
Hikmət Hacıyev diplomatlarla Cocuq Mərcanlıdadır - FOTO
“Şəhəri yerləbir etdiklərini, bütün abidələri, o cümlədən mədəniyyət abidələrini dağıtdıqlarını gördük. Hətta məzarları soyduqlarının, insan sümüklərinin ətrafa səpələndiyinin şahidi olduq".
"Bunlar insanlıqdan kənardır, əsl vəhşilikdir. Bütün bunların hesabı mütləq verilməlidir”, - deyə Erkan Özoral qeyd edib.
Bizim.Media