Xəbər verdiyimiz kimi, bəstəkar Oqtay Rəcəbov ötən gün "COVID-19" infeksiyasından 81 yaşında dünyasını dəyişib.
TƏBİB-in sözçüsü Zamirə Ədilova Bizim.Media-ya açıqlamasında bəstəkarın test nümunələrinin pozitiv çıxdığını bildirib:
"Ailəsi tərəfindən qeydiyyatda olduqları poliklinikaya müraciət daxil olub. Yaxma götürülüb, testin nəticəsi pozitiv çıxıb. Oqtay Rəcəbovun da dekabrın 15-də testinin cavabı pozitiv olub. Eyni tarixdə saat 14:03-də ailəsi tərəfindən Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına ailə tərəfindən müraciət daxil olub. Tibbi briqada ünvana çatdıqda ölüm faktı qeydə alınıb".
Z.Ədilova həmçinin əlavə edib ki, mərhumun ailə üzvləri daha öncə koronavirusa yoluxub və sağalıb.
Oqtay Rəcəbovun oğlu Vüqar redaksiyamızın əməkdaşı ilə söhbətində bildirib ki, onun anası və üç bacısı evdə karantindədir. Bu səbəbdən onlar mərhumla vida mərasimində iştirak etməyəcəklər.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:01 / 16.12.2022
Oqtay Rəcəbovun ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Oqtay Rəcəbovun ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Oqtay Rəcəbovun ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA
109954
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.