Bulvara gəzintiyə çıxan sakinlərə ÇAĞIRIŞ

Hazırda oxunan: Bulvara gəzintiyə çıxan sakinlərə ÇAĞIRIŞ

10995

Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Dənizkənarı Milli Parkda növbəti dezinfeksiya işləri aparılıb.

Bizim.Media xəbər verir ki, fevralın 6-da səhər saatlarından başlayaraq iri və xırda həcmli texnikalar vasitəsilə bulvarın bütün ərazisi xüsusi məhlullarla yuyulub. Ərazidəki oturacaqlar, məhəccərlər, işıq dirəkləri, əl tutacaqları dezinfeksiya edilib.

Görülən işlər barədə danışan "Dənizkənarı Milli Park" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Rəfail Niftəliyev bildirib ki, ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin yumşaldılması ilə əlaqədar bulvar ərazisinə gələn insanların sayı artır.

Buna görə də burada mütəmadi olaraq dezinfeksiya işləri aparılır. Bulvar ərazisində yerləşən bütün obyektlər, o cümlədən yeməkxanalar, anbarlar və ofislər, iaşə obyektləri, gəzinti gəmiləri, attraksionlar mütəmadi olaraq xüsusi dərman məhlulları ilə dezinfeksiya edilir.

Rəfail Niftəliyev bulvar ərazisində gəzintiyə çıxan sakinləri Operativ Qərargahın təlimatlarına riayət etməyə çağırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin