Aqrar Universitetdə Gəncə Kitab Klubunun fəalları müzakirə aparıb- FOTO

Hazırda oxunan: Aqrar Universitetdə Gəncə Kitab Klubunun fəalları müzakirə aparıb- FOTO

109890
Azərbaycan Dövlət Aqrar Universitetində Gəncə kitab klubunun fəalları Radişevin “Peterburqdan Moskvaya səyahət”x9d kitabını müzakirə ediblər. Müzakirədən əvvəl bildirilib ki, şəxsiyyətin formalaşmasında kitabın nə dərəcədə təsiri olduğunu hamımız bilirik. Onu da bilirik ki, son zamanlar kitaba maraq həddən artıq azalıb. Ölkədə kitabxanaların və kitab mağazalarının sayında da kəskin azalma var. 
ADAU-nun mətbuat xidmətinindən verilən xəbərə görə bu boşluğu doldurmaq üçün artıq Gəncədə iki ildir Kitab klubu fəaliyyət göstərir və ətrafına da kifayət qədər oxucu toplayıb. Əsasən gənclərdən ibarət oxucular mütaliənin əhəmiyyəytini dərk edir və zöz ehtiyatlarının məhz bu yolla zənginləşdirməyi mümkün hesab edirlər. “Odlar Yurdu”x9d Gənclər İctimai Birliyinin nəzdində təşkil olunan Kitab Klubunun rəhbəri Ülviyyə Mahmudova isə deyib ki, gəncləri kitab oxumağa yönəltmək olduqca məsuliyyətli və zəhmət tələb edən işdir və klubun fəalları indiyə kimi 33 kitabın müzakirəsini keçirib. Bu gün isə biz ADAU-nun kitabxanasında Radişevin “Peterburqdan Moskvaya səyahət”x9d kitabını müzakirəsinə toplaşmışıq. Ona görə bu kitabı seçmişikk onun oxunmasına bir əsr yarım qadağa qoyulub.
Əsərlər müzakirəyə qoyulmazdan əvvəl gənclərin istəkləri nəzərə alınır, sorğu ilə əsərlər seçilir. İsmayıl Şıxlının “Dəli Kür”x9d əsəri, Qurban Səidin “Əli və Nino”x9d, Elçin Əfəndiyevin “Mahmud və Məryəm”x9d, Varis Yolçuyevin “Sonuncu ölən ümidlərdir”x9d, Çingiz Abdullayevin “Ölümü özün seç”x9d, Cəlil Məmmədquluzadənin “Ölülər”x9d və s. əsərlərini müzakirə etsək də, ümumilikdə, gənclər milli yazarlarımızdan əsasən Elxan Elatlı, Çingiz Abdullayev, Qaraqan və Varis Yolçuyevi maraqla oxuyub müzakirə edirlər.

Aqrar Universitetdə Gəncə Kitab Klubunun fəalları müzakirə aparıb- <i style=FOTO" src="//old.moderator.az/fotobaza/original/10222.jpg">Aqrar Universitetdə Gəncə Kitab Klubunun fəalları müzakirə aparıb- <i style=FOTO" src="//old.moderator.az/fotobaza/original/10223.jpg">Aqrar Universitetdə Gəncə Kitab Klubunun fəalları müzakirə aparıb- <i style=FOTO" src="//old.moderator.az/fotobaza/original/10224.jpg">Aqrar Universitetdə Gəncə Kitab Klubunun fəalları müzakirə aparıb- <i style=FOTO" src="//old.moderator.az/fotobaza/original/10225.jpg">
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin