Sinoptiklər istirahət günü üçün yağmursuz hava söz verirlər

Hazırda oxunan: Sinoptiklər istirahət günü üçün yağmursuz hava söz verirlər

109853
Şimal-qərb küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Moderator.az -a verilən məlumata görə, havanın temperaturu Bakı və Abşeron yarımadasında gecə 0-3, gündüz 7-10 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Lənkəran-Astara zonasında hava şəraitinin yağıntılı olacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı arabir güclənəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13, dağlarda gecə 7-12 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin