Qubanın Vladimirovka kəndində sakinlər onları dinləməyə gələn rayon rəhbərindən "Azəriqaz"da təbii qazın limitinin artırılması ilə bağlı məsələ qaldırmağı xahiş edib.
Bizim.Media-nın Şimal bürosunun məlumatına görə, Vladimirovkada və ətraf kəndlərdə yaşayan sakinlər ilin yarısını soyuq keçən Quba rayonuna verilən qaz limitinin artırılması məsələsini İcra Hakimiyyəti başçısından hökümət qarşısında məsələ qaldırmağı rica ediblər.
Qaldırılan məsələlər sırasında elektrik xəttlərinin yenilənməsi məsələsi də olub. Quba İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev səslənən problemlərin aidiyyatı təşkilatlar qarşısında qaldırılacağını deyib.
Sakinlərlə keçirilən görüşdə DTX-nin rayon şöbəsinin rəisi, rayon ağsaqqallar şurasının sədri, müvafiq idarə, müəssisə və təşkilat rəhbərləri iştirak edib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
19:58 / 15.12.2022
Quba sakinlərindən MÜRACİƏT: "Qaz limiti artırılsın" - FOTO
Hazırda oxunan: Quba sakinlərindən MÜRACİƏT: "Qaz limiti artırılsın" - FOTO
Hazırda oxunan: Quba sakinlərindən MÜRACİƏT: "Qaz limiti artırılsın" - FOTO
109853
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.