"Azneft"in baş mühəndisi məsuliyyətə cəlb olunmalıdır"

Hazırda oxunan: "Azneft"in baş mühəndisi məsuliyyətə cəlb olunmalıdır"

109846
"Neft Daşlarında baş verən hadisəyə görə rəhbərlikxa0 və "Azneft"in baş mühəndisi məsuliyyətə cəlb olunmalıdır".

Bunu Moderator.az-a açıqlamasında Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı bildirib.

Mirvari Qəhrəmanlı deyib ki, “Neft Daşları”x9dnda üç neftçinin itkin düşməsinə, eyni zamanda “Günəşli”x9d yatağında baş vermiş yanğına görə, əsas məsuliyyət işəgötürənin üzərinə düşür: "28 May NQÇİ də isə baş verən hadisə göstərdi ki, bu idarədə insan faktoru arxa plandadır. Ümumiyyətlə baş verə biləcək hadisələr qarşı hazırlıq çox aşağı vəziyyətdədir. Bunu dünənki dəhşətli qəza da sübut etdi. İşçilərin təxliyyəsini normal təşkil olunmadı. Bizə verilən məlumata görə xilasedici qayıqların akkumlyatoru da zəif olub".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin