Azərbaycanda 38 müəssisədə nöqsanlar aşkarlanıb

Hazırda oxunan: Azərbaycanda 38 müəssisədə nöqsanlar aşkarlanıb

109833

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) qida sahəsində fəaliyyət göstərən 37 ticarət müəssisəsi və 11 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 38 müəssisədə nöqsanlar müəyyən olunub. 

Bu barədə Bizim.Media-ya AQTA-dan məlumat verilib. 

Bildirilib ki, bu müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 34, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 9, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 7, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 26, açıq şəkildə satışı həyata keçirilən süd məhsullarına dair tələblərə əməl olunmaması ilə bağlı 3, ev şəraitində hazırlanan məhsulların satışı ilə bağlı 1 nöqsan aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin