BİZİM TƏQVİM: Fövqəladə Hallar Nazirliyində bu gün nə baş verib?

Hazırda oxunan: BİZİM TƏQVİM: Fövqəladə Hallar Nazirliyində bu gün nə baş verib?

109816

16 dekabr 1991-ci ildə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan MR Ali Məclisində 31 dekabr-Dünya Azərbaycanlılarının həmrəylik günü elan edilməsi ilə qərar qəbul edilib.

Bəs, 16 dekabrda daha hansı hadisələr yaşanıb?

1.16 dekabr 1991-ci ildə Azərbaycanda Dövlət Sərhəddinin Mühafizə Komitəsi yaradılıb.

2. 16 dekabr 1631-ci il tarixdə Avropada dəhşət yaşanıb. Belə ki, qitənin ən aktiv vulkanı Vezüv püskürüb. Nəticədə, təxminən 4 min adam həyatını itirdi.

3. 16 dekabr 1727-ci ildə Osmanlı impartorluğunda İbrahim Müteferrika tərəfindən ilk türkcə kitab olan "Vankulu lüğəti" basıldı.

4. İtaliyanın məşhur futbol komandası “Milan” məhz bu gün - 16 dekabr 1899-cu ildə yaradılıb.

5. Əhmət Sukarno 16 dekabr 1949-cu ildə İndoneziyanın ilk prezidenti seçilib.

6. NASA Exploler-16 peykini kosmosa göndərib. 1962-cı ilin 16 dekabrında kosmosa göndərilən peykin əsas məqsədi mikrometroidləri öyrənmək idi.

7. 16 dekabr 1978-ci ildə ABŞ-la ÇXR arasında ilk diplomatik əlaqə qurulur.

8. 16 dekabr 1920-ci ildə dünyanın ən dəhşətli zəlzələrindən biri olub. Çinin Qansu vilayətində olan zəlzələdə 180 min insan həyatını itirib.

9. 1773-cü ilin 16 dekabrında ABŞ-dakı ingilis koloniyalarında London hakimiyyətinə qarşı üsyan baş verdi. "Boston çay qonaqlığı" adlanan hadisədə çay vergisinə etiraz edənlər Boston limanındakı 3 İngiltərə gəmisinə girərək çayları qutulardan dənizə tökdülər.

10. 16 dekabr 1920-ci ildə Çinin şimal-qərbindəki Qansu əyalətində 8,6 bal gücündəki zəlzələ və sonra yaranan torpaq sürüşmələri nəticəsində təxminən 200 min adam həyatdan köçdü.  

11. 1967-ci ilin 16 dekabrında Amerika Birləşmiş Ştatlarının Stanford Universitetinin alimləri DNT zəncirini açıqlayıb təhlil etdilər.

12. Bu gün Qazaxıstan dövləti və xalqının milli bayramıdır. Keçmiş SSRİ-dən 1991-ci ildə ayrılan bu respublikanın istiqlaliyyəti dekabrın 16-da bəyan olub.  

13.  Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 8 dekabr tarixli sərəncamı ilə hər il 16 dekabr Azərbaycan Fövqəladə Hallar Nazirliyi İşçilərinin Peşə Bayramı qeyd edilir.

Bəs, bu tarixdə hansı tarixi şəxsiyyətlər xatırlanır?

1.16 dekabr 2011-ci ildə SSRİ Xalq artisdi Firəngiz Əhmədova dünyasını dəyişib. Firəngiz Əhmədova XX əsr Azərbaycan vokal sənətinin ən tanınmış simalarından biri idi.

2. Tanınmış Azərbaycan boyakarı, xalq rəssamı Qəzənfər Xalıqov 1898-ci ilin 16 dekabrında Bakı yaxınlığındakı Qobu kəndində anadan olub.  Yaradcılığının erkən dövründə “Molla Nəsrəddin” jurnalı və “Gənc işçi” qəzeti üçün karikaturalar çəkib. Nizami Gəncəvinin 800 illiyi ilə əlaqədar dahi şairin portretini yaradıb, “Xosrov və Şirin” poemasına illüstrasiyalar çəkib. Qəzənfər Xalıqov teatr və kino rəssamlığı sahəsində də fəaliyyət göstərib. (1898-1981)

3. Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərova 1961-ci ilin bu günü dünyaya gəlib. Uzun illər “Molodyoj Azerbaydjana” qəzetində çalışan jurnalist 1991-ci ildə Qarabağ münaqişəsilə əlaqədar yazılar hazırlamaq üçün Laçından Şuşaya gedərkən silahlı erməni ekstremistləri tərəfindən qətlə yetirilib. Xalq şairi Nəbi Xəzri “Salatın” rekviyem poemasını Salatın Əsgərovanın unudulmaz xatirəsinə həsr edib. (1961-1991)

4.Bu gün dünya caz musiqisinin iknişafında əvəzsiz xidmətləri olan bəstəkar və pianoçu Vaqif Mustafazadənin xatirə günüdür. Asəf Zeynallı adına musiqi məktəbini bitirdikdən sonra Gürcüstan Dövlət Filarmoniyasında “Qafqaz” caz triosunu yaradıb.

Azərbaycan Dövlət Estrada Orkestrinin solist-pianoçusu olan Vaqif Mutafazadə “Leyli” adlı ilk qadın vokal kvartetinə, sonra isə “Sevil” vokal-instrumental ansamblına rəhbərlik edib. Vaqif Mustafazadə 1979-cu ilin 16 dekabrında 39 yaşında dünyasını dəyişib. (1940-1979)

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin