Azərbaycanlı fotoqrafın Qarabağ həqiqətləri “National Geographic”də yayımlandı - FOTOLAR

Hazırda oxunan: Azərbaycanlı fotoqrafın Qarabağ həqiqətləri “National Geographic”də yayımlandı - FOTOLAR

10979

ABŞ-ın ən nüfuzlu nəşri “National Geographic” "Tarix və mədəniyyət" başlıqlı fotoqraf Rəna Əfəndinin foto-məqaləsini dərc edib.

Bizim.Media xəbər verir ki, foto reportaj Azərbaycanın azad olunmuş torpaqlarına və onların sakinlərinə, öz torpaqlarına qayıtmaq arzusunda olan məcburi köçkünlərə həsr olunub.

 

MÖVZU İLƏ BAĞLI:

Dağılmış Ağdam “National Geographic”da - FOTOLAR


Qeyd edək ki, Rəna Əfəndi münaqişədən sonrakı cəmiyyətlər, ətraf mühit və sosial ədalət mövzularında işləyən bir azərbaycanlı fotoqrafdır.

Onun fotoları və oçerkləri mütəmadi olaraq “National Geographic”də dərc olunur. 

Rəna Əfəndinin işlərindən biri neft sənayesinin insanların həyatına təsirinə yönəlib. Bunun üçün o, Azərbaycan, Gürcüstan və Türkiyədən keçən 1700 km neft kəmərininin keçdiyi əraziləri səyahət edib.

Bu əsər 2009-cu ildə ilk kitabı olan “Boru Xəyalları: Boru Kəməri boyunca Yaşamların Salnaməsi” adı altında nəşr edilib.

Rəna Efəndi, 2018 Alexia Professional Qrantı, Şahzadə Klaus Vəqfi Mədəniyyət və İnkişaf Mükafatı, Dünya Mətbuat Fotosu (2014-cü ildə müşahidə olunan Portretlər üçün), SONY Dünya Fotoqrafiya Mükafatı (Gözəl Sənətlər Kategorisi), Getty Images Redaktor Qrantı daxil olmaqla bir çox beynəlxalq mükafata layiq görülüb. 

Rəna Əfəndi, National Geographic yaradıcı agentliyi və ILEX Gallery ilə təmsil olunur.

Rena Əfəndinin əsərləri Saatchi Qalereyası, Miami Art Basel, İstanbul Modern və 52-ci Venesiya Biennalesi daxil olmaqla dünyanın müxtəlif yerlərində muzey və qalereyalarda sərgilənib.

Rena Əfəndinin sözügedən foto essesini təqdim edirik:

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin