Atalara 14 günlük ödənişli məzuniyyət veriləcək? – TƏKLİF

Hazırda oxunan: Atalara 14 günlük ödənişli məzuniyyət veriləcək? – TƏKLİF

109779

“Milli Məclisdə Əmək Məcəlləsinə dəyişiklik etdik və qanunvericiliklə qadağan olunan 674 peşə və iş yerini azaldaraq 204-ə endirdik”.

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında komitə sədri Hicran Hüseynova deyib.

Komitə sədri bildirib ki, qadağan edilən bu peşə və iş yerləri bütün qadınlara aid deyil:

“Yalnız hamilə və 1 yaşa qədər uşağı olan qadınlara bu dəyişikliklər şamil olundu. Həyat yoldaşlarının uşaq dünyaya gətirməsi ilə əlaqədar atalara verilən 14 günlük ödənişsiz məzuniyyətin ödənişli əsaslarla olması üçün qanunvericiliyə dəyişiklik edilməsi ilə bağlı biz də Milli Məclisdə təkliflər vermişik, reaksiya müsbətdir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin