Dünən mina partlaması nəticəsində şəhid olan Zöhrab Hümbətov Tovuz rayonunun Aşağı Quşçu kənd qəbristanlığında dəfn olunub.
Bizim.Media xəbər verir ki, şəhidin ailəsinin yaşadığı evin qarşısında keçirilən mərasimdə şəhidin yaxınları ilə yanaşı, hərbçi yoldaşları, rəsmi şəxslər, hüquq-mühafizə orqanlarının əməkdaşları və rayon sakinləri iştirak ediblər.
Dekabrın 14-də, saat 18 radələrində təmir-tikinti işləri ilə məşğul olan şirkətin 4 nəfər əməkdaşı Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində piyada əleyhinə minaya düşüb. Onları təxliyə etmək məqsədilə hadisə yerinə yollanan 4 nəfər hərbçi də minaya düşüb, onlardan 3-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1-i isə həyatını itirib.
Mina partlaması nəticəsində həlak olan şəxs Azərbaycan Ordusunun hərbi qulluqçusu Hümbətov Zöhrab Məhəmməd oğludur. Onun 3 övladı yadigar qalıb.
Allah rəhmət eləsin.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu