2021-ci il ərzində qeydə alınmış cinayət hadisələri üzrə məişət zorakılığı ilə bağlı 1536 zərərçəkmiş şəxs olub.
Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2021-ci il üzrə məlumatında əksini tapıb.
Qeyd edilib ki, onlardan 205-i qadındır. Zərər çəkmiş şəxslərin 1150-i xəsarət alıb.
Məişət zorakılığı nəticəsində ölən qadınların sayı 46 olub ki, onlardan 44-ü qəsdən adam öldürmə (CM-in 120-122-ci maddələri nəzərdə tutulur) cinayətinin, 2-i isə qəsdən sağlamlığa ağır zərərvurma cinayətinin qurbanı olub.
Törədilmiş cinayət əməlləri arasında qəsdən sağlamlığa zərərvurmanın müxtəlif növlərinə, xuliqanlıq, əzab vermə, öldürülməklə və ya sağlamlığa zərər vurmaqla hədələmə, seksual xarakterli zorakılıq hərəkətlərinin törədilməsinə rast gəlinir.
Ən çox rast gəlinən hal qəsdən sağlamlığa yüngül zərərvurmadır (295 hal). Ən az rast gəlinən isə seksual xarakterli zorakılıq hərəkətləridir (cəmi 1 hal). 2 ailədə isə ər-arvad qarşılıqlı olaraq bir-birinə xəsarət yetirib.
Cinayətlərin ən çox qeydə alındığı ərazilər Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu olub.
Məişət zorakılığı ilə bağlı törədilmiş cinayətlərdə cinayətkar və qurbanın qohumluq əlaqələri də müxtəlifdir.
Həm yaxın qohumlar, həm digər qohumlar, həm də peşə fəaliyyətini yerinə yetirən zaman zərər çəkən polis işçisinə rast gəlmək mümkündür. Lakin say nisbətinə baxdıqda ən çox ər tərəfindən öz həyat yoldaşının öldürülməsi diqqəti çəkir.
Qeyd edək ki, 2020-ci ildə 41 nəfər qadın məişət zorakılığı nəticəsində ölüb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:17 / 15.12.2022
Keçən il məişət zorakılığı nəticəsində 46 qadın ölüb
Hazırda oxunan: Keçən il məişət zorakılığı nəticəsində 46 qadın ölüb
Hazırda oxunan: Keçən il məişət zorakılığı nəticəsində 46 qadın ölüb
109765
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.