"ASAN xidmət” fəaliyyəti dövründə 60 milyona yaxın müraciət üzrə dövlət xidmətləri göstərib.
Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda keçirilən “Müasir idarəetməyə gedən yol: dayanıqlı və innovativ dövlət xidmətlərinə doğru” beynəlxalq forumun iştirakçılarına müraciətinə qeyd edib.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyev: “ASAN xidmət” brendə çevrilib
"2022-ci ilin dekabr ayında ilk “ASAN xidmət” mərkəzinin fəaliyyətə başlamasının 10-cu ilini qeyd edəcəyik. Bu gün “ASAN xidmət” mərkəzlərində – vahid məkanda müxtəlif dövlət qurumları, həmçinin özəl şirkətlər tərəfindən ümumilikdə 360-dan çox xidmət göstərilir.
Fəaliyyəti dövründə “ASAN xidmət” 60 milyona yaxın müraciət üzrə dövlət xidmətləri göstərilməsini təmin etmişdir. Keçirilən rəy sorğularına əsasən, vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,8 % təşkil etmişdir", - müraciətdə vurğulanıb.
Bizim.Media