Bu gün Sumqayıt şəhər Q.Qarayev adına 1 nömrəli uşaq musiqi məktəbində fortepiano ixtisası üzrə ustad dərsi keçirilib.
Ustad dərsi Sumqayıt şəhər Musiqi Kollecinin fortepiano şöbəsinin müdiri Təranə Əliyeva tərəfindən aparılıb. Dərsdə polifonik əsərlər üzərində təhlil göstərilib, məktəbin müəllimlərinə metodiki tövsiyələr verilib. Ustad dərsdə məktəbin VI sinif şagirdi Aynurə Rzazadə iştirak edib. İ.S.Baxın 3 səsli invensiyası ifa edildikdən sonra hissələrlə təhlil edilib. Təhlil zamanı bəstəkar haqqında ümumi məlumat verilmiş və ustad dərsin sonunda Təranə müəllimənin sinfinin tələbələri əsərlər ifa etdirilib.
Fortepiano şöbəsinin müəllimləri hamılıqla ustaq dərsdə iştirak ediblər.

































































































