"Səlahiyyətli dindarlarımız niyə Nardaranda neçə illərdir baş verənləri kökündən araşdırmırdılar?"

Hazırda oxunan: "Səlahiyyətli dindarlarımız niyə Nardaranda neçə illərdir baş verənləri kökündən araşdırmırdılar?"

109711
”¦Nardaranda son dəfə baş vermiş və 6 nəfərimizin ölümü ilə nəticələnmiş hadisələri görəndə dindarlarımızın yerinə təəssüf hissi keçirdim”¦ Axı zaman ənənəsi də var ki, qədimlərdən başına qəliz iş gələn qazilərə (mollalara), pirlərə, seyidlərə”¦ üz tutub, pənah aparıb. İndi əksini görəndə adam pis olur”¦

***

Bu hadisələrin, zənnimcə, daha çox dindarlarımıza aidiyyəti var idi. Nədən bu qənaətdəyəm, bunu izahlamağa nə ehtiyac var axı?! Orada baş verənləri yenidən göz önünə gətirmək bəs deyilmi?

Elə o hadisələrdən sonra «dindar» sözünün mahiyyətini araşdırmaq istədim. Axı ordakılar dindar idilər, yəni hamı onları dindar kimi tanıyır. Mən hələ Nardaran kimi qədim, mədəni və elitar kəndin əhalisini demirəm”¦
xa0Bildiyim qədər, «dindar» sözü iki sözün birləşməsindən- «din» və «dar» sözlərindən ibarətdir. «Din» sözün köküdür və mənşəyi və mahiyyəti məlumdur. «Dar» sözünə gəlincə, dilimizə hardan gəlib, niyə gəlib, qoy bunu dilçilər müəyyən etsin. Mənim bildiyim odur ki, ərəb sözüdür, bol olan, çox olan mənasını bildirir”¦ Amma bizdə «məhsuldar», «əməkdar» və s. sözlər də var. «Məhsuldar»-deməli, məhsulu, töhfəsi bol olan, «əməkdar»-əməyi çox olan deməkdir”¦ «Dindar»-deməli, dini daha çox olan demək deyilmi?

Yaxşu, o dindarları başa düşdük, bəs bu dini çox olan böyük və imtiyazlı, səlahiyyətli dindarlarımız niyə Nardaranda neçə illərdir baş verənləri kökündən araşdırmırdılar? Bu mənada, mən dindar deyiləm, amma dindən uzaq da deyiləm və heç bir halda dinin pərdəsi altında baş verənlərə də biganə deyiləm. Mənim dinim-imanım Qarabağda Azərbaycanın dövlətçilik, bütövlük haqqının tapdanmasına kömək etmək yoludur. Yəqinki hər bir Azərbaycan vətəndaşının da məqsəd və məsləki belədir. Çünki dövlət yoxdursa, deməli, Azərbaycan yoxdur, Azərbaycan yoxdursa, heç birimiz yoxuq. Eləcə də YAP, müxalifət, qeyri-müxalifət, bu ölkədə yaşayan müsəlmanlar, xristianlar, nardaranlılar da”¦ yoxdur. Elə isə Nardaranda nə baş verir? Və niyə baş verməlidir? Ən pisi odur ki, bizim həmin o dindarlarımız «Yanğının qarşısını almaq onu söndürməkdən min dəfə asandır!» fəlsəfəsini bir kənara qoyub uzun illərdir Nardarana susurdular. Amma Nardaran bu dəfə susmadı”¦ Heç əvvəllər də susmayıb. Amma onlar nə istəyirdilər, bunu araşdırıb yoluna qoyan olmayıb indiyə kimi”¦ İndi baş verənlərə nənəm də qiymət verər”¦ İkinci də, qiymət verməyin indi nə faydası, artıq 6 nəfərimiz bu gecikmiş qiymətin ayağına və adına yazılıb torpağın altına getdilər. Onların günahı nə idi? İndi onlarda günah axtarmaq doğrudurmu? Niyə günahı özümüzdə axtarmırıq, yaxud axtarmırdıq? Axı biz baş verənlərə susan, sonra dillələnənlərik”¦

P.S. Dünya şöhrətli alim Rafiq Əliyevin din barədə bir fəlsəfi qənaəti var: jurnalistə müsahibə verən professor Rafiq Əliyev «Sizcə, müsəlman ölkələrində son illər baş verən müharibələr, faciələr, ölümlər, müsibətlər”¦ onların islama, müsəlmançılığa yaxın olmaları ilə bağlı deyilmi?!», sualına belə cavab verir:

-Müsəlman ölkələrinin başına gələnlər ona görə deyil ki, onlar islama, dinə bağlıdırlar. Ona görədir ki, onlar dinə, islama yaxın deyillər”¦

Asif Mərzili
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin