“Təhsilverənlərin setifikatlaşdırılmasını həm də əməkhaqqı islahatı kimi müzakirə etməliyik. Bu, təkcə təhsilverənlərin keyfiyyətinin yüksəldilməsi islahatı deyil”.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsində “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, tənqidlər hər zaman olur:
“Biz başa düşməliyik ki, niyə problemlər var. Biz deyirik ki, hər il ikirəqəmli faizlərlə uşaqlar qəbul və buraxılış imtahanlarında bizim arzu etdiyimiz nəticəni göstərmir. Bunun niyəsini tapmaq lazımdır. Biz 30 il ərzində ancaq nəticələr barəsində düşünmüşük. Uşaqlar bizim gələcəyimizdir. Ona görə də məsələnin mahiyyətinə varmağımızda böyük fayda var”.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
							10:23 / 15.12.2022
							
						"Uşaqlar imtahanlarda arzu etdiyimiz nəticələri göstərmir" - Nazir
						
							
								Hazırda oxunan: "Uşaqlar imtahanlarda arzu etdiyimiz nəticələri göstərmir" - Nazir							
						
					
					
					
					
					
					
								Hazırda oxunan: "Uşaqlar imtahanlarda arzu etdiyimiz nəticələri göstərmir" - Nazir							
						109708
					© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
					
					
					
					
					Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































