Firudin Cəlilovdan valideynlərin cərimələnməsi məsələsinə etiraz: "Yanaşma səhvdir"

Hazırda oxunan: Firudin Cəlilovdan valideynlərin cərimələnməsi məsələsinə etiraz: "Yanaşma səhvdir"

109708
Bu günxa0Milli Məclisdə İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib. Məcəlləyə əlavə edilən 51.1-1 maddəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər istisna olmaqla dünyəvi icbari ümumi orta təhsil üzrə dərs gününün şagird tərəfindən bir ay ərzində yeddi gündən çox buraxılmasına görə, şagirdin valideyni yüz manat miqdarında cərimə ediləcək.

Sabiq təhsil naziri Firudin Cəlilovxa0 Moderator.az-a açıqlamasında qəbul edilmiş yeni qanunla bağlı danışıb. O, bildirib ki, məsələyə yanaşma özü belə yanlışdır: “Valideynin cəzalandırılması qanunu humanist qanun deyil. Əgər şagird dərsə gəlmirsə, bu onun günahıdır və altını da o çəkir. Valideyinin cərimə ödəməsi əlbəttə ki, dərsdən yayınmanın qabağın nisbətən ala bilər, amma qənaətbəxş nəticə verməyəcək. Ümumiyyətlə bu cür məsələnin Milli Məclisdə qanun şəklində qəbul etdirilməsi düzgün deyil. Bunun üçün pedaqoqlar yığışıb müzakirələr aparmalı, çıxış yolu tapmalıdırlar. Şagirdin dərsə davamiyyətinin çox və ya az olması Milli Məclisin mövzusu deyil”x9d.

Rumiyyə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin