Xaricdə dini təhsil alan şəxsə dini ayinləri icra etməsi qadağan edilir

Hazırda oxunan: Xaricdə dini təhsil alan şəxsə dini ayinləri icra etməsi qadağan edilir

109701
Bu gün xaricdə  dini təhsil alan üç minədək Azərbaycan vətəndaşı var və onlar Azərbaycana döndükdən sonra təhsil aldıqları ölkənin dini modellərini burada tətbiq etməyi təbliğ edirlər.

Moderator.az xəbər verir ki, Milli Məclisin bu gün keçrilən plenar iclasında "Dini etiqad azadlığı haqqında" Qanuna dəyişikliklər edilməsi məsələsi müzakirə edilib.

Qanuna dəyişiklik barədə məlumat verən Milli Məclisin İctimai birliklər və dini qurumlar üzrə komitənin sədri Səyavuş Novruzov bildirdi ki, mövcud qanunvericiliyə əsasən xaricdə təhsil alan şəxslərin dini ayinləri icra edilməsi qadağan edilirdi:  “Ancaq onlar gəlib Azərbaycan da iki il dini təhsil aldıqdan sonra Azərbaycanda dini ayinləri icra etmək hüququ əldə edə bilirdi. Amma qanuna edilən dəyişiklikdən sonra ümumiyyətlə xaricdə dini təhsil alan şəxsə dini ayinlərin icra etməsi qadağan edilir. Şünki bu şəxslər dini ayinləri mərasimləri apararkən təhsil aldığı ölkənin adət-ənənəsi, qaydalarını, oranın dini modelini burada təbliğ etməyə çalışıblar. Odur ki, qanuna dəyişiklikdə bu detallar da nəzərə alınıb.”x9d
Qeyd edək ki, Dini etiqad azadlığı haqqında" Qanunun 21 maddəsinin 2 və 3-cü ağaşıdakı redaksiyada verilsin:
"İslam dininə aid ayin və mərasimlərin aparılması yalnız Azərbaycan Respublikasının vətəndaşları tərəfindən həyata keçirilə bilər. Xaricdə dini təhsil almış Azərbaycan Respublikasının vətəndaşlarına islam dininə aid ayin və mərasimlərin aparılması qadağandır.";
3. aşağıdakı məzmunda yeddinci hissə əlavə edilsin:
"İbadətgahlardan kənarda, ictimai yerlərdə dini şüarların və digər dini atributların (şəxsin üstündə gəzdirdiyi dini atributlar istisna olmaqla) nümayiş etdirilməsi qadağandır. Dini bayraqlar yalnız ibadətgahların, dini mərkəz və idarələrin qapalı yerlərində yerləşdirilə bilər."
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin