Gədəbəydə dəm qazı 21 yaşlı gənc ananın həyatına son qoyub.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Dəyirmandağı kəndində baş verib. 1999-cu il təvəllüdlü Rövşanə Şadmanova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib.
Qadın xəstəxanaya aparılsa da onun həyatını xilas etmək mümkün olmayıb. 6 aylıq övladı olan ana dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu