“İnstagram”x9ddan ilhamlanıb körpələrinə ad qoyanlar... - Siyahı

Hazırda oxunan: “İnstagram”x9ddan ilhamlanıb körpələrinə ad qoyanlar... - Siyahı

109644

Amerikanın "Baby Center" portalı 340 min valideynin şəxsi məlumatları əsasında ilin əsas ad tendensiyalarını müəyyən edib.

Moderator.az-ın buro247.az-a istinadən verdiyi məlumata görə, valideynlər öz uşaqlarına "Instagram" sosial şəbəkəsində fotoların işlənməsi üçün filtrlərin adlarını verməyə başlayıblar.

Trend Lyuks, Cuno, Reys, Lyudviq, Amaro, Valensiya, Villou kimi adlara yayılıb.

Oğlanların arasında Lyuks adı əvvəlki illərə nisbətə 75 % daha çox qarşıya çıxır.

Lyudviq adı 45 %, Amaronu 26 %, Reysi isə 10 % daha çox uşağa qoymağa başlanılıb.

Qızlar üçün Cuno adı daha çox populyarlıq toplayıb. Valensiya adının populyarlığı 26 %, Villou isə 13% artıb.

Reytinqin hazırlanması üçün sayt ABŞ-ın səhiyyə və sosial xidmətlər nazirliyinin məlumatlar bazasından istifadə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin