“Ölkəmizin sərvətlərinin talan olunması ilə heç vaxt razılaşmayacağıq”.
Bizim.Media-nın əraziyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu fikirləri təbii sərvətlərimizin qanunsuz istimarına etiraz olaraq Laçın yolunda keçirilən aksiya iştirakçısı Fatimə Abdullayeva deyib.
O qeyd edib ki, aksiyaya könüllü qoşulub və hər zaman Vətəninə mənəvi dəstək olmağa hazırdır.
Digər aksiya iştirakçısı Lalə Hüseynova isə açıqlamasında universitet tələbəsi olduğunu və burada könüllü iştirak etdiyini deyib:
“Təbii sərvətlərimizin istismarına son qoyulanadək aksiyada iştirak edəcəyik. Xalqımız mübarizdir, mübariz olaraq davam edəcəyik”.
Azərbaycan İlahiyyat Universitetinin tələbəsi Emil Qasımov da qeyd edib ki, aksiya barədə informasiyanı mediadan alıb:
“Qardaş və bacılarımıza dəstək olmaq üçün bir neçə tələbə yoldaşımla bura gəlmişəm. İnşallah, qarşımıza qoyduğumuz vəzifəyə nail olacağıq”.
Daha ətraflı videoreportajda tanış ola bilərsiniz:
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu