Özlərini Asif Atanın davamçıları kimi adlandıran şəxslər, bu ilin iyun ayında qutsal bayramlarını keçiriblər. Bayramı qeyd etmək üçün toplananlar orada çıxışlar edərək bəşəriyyət, demokratiya ilə bağlı xa0fərqli fikirlər səsləndiriblər. Tədbir ərəfəsində edilən çıxışlar sırasında bir məqam xüsusi diqqət çəkir. Bu isə onların xa0seyidlərlə əlaqəli söylədikləri təhqirlərdir. xa0
Tədbirin yay ayında keçirilməsinə baxmayaraq, orada deyilənlər ictimaiyyətin diqqətindən kənarda qalıb.xa0
Musavat.com bu bayram haqqında yazan mediaxeberleri.az adlı saytdan bir neçə məqamları sizə təqdim edir. Çıxış edən Soylu Atalı adlı şəxs seyidlərlə bağlı aşağıdakıları söyləyib:
“Azərbaycan qızlarından, ərəb əsgərlərindən doğulan uşaqlara seyid deyirlər. Yenə üzr istəyirəm, mən öz xalqımın heysiyyatını təhqir eləmək istəmirəm, seyidlər bic doğulanlardır. Onunla fəxr eləmək olmaz. Ondan utanc hissi keçirmək olar”x9d.
Bundan başqa, çıxışlar zamanı bildirilib:
“Bizim bölgəmizdə “seyid”x9d sözü çox pis anlamda işlənir. Məsələn, biri gəlib o birindən pul istəyir, deyir, mənə beş manat ver, gedim, yemək yeyim. Ona cavab verirlər, seyidlik eləmə, yəni dilənçilik eləmə. Ona görə biri gəlib deyəndə ki, mən seyidəm, hamı təəccüblə baxır. Kişi də özünə seyid deyər? Biz dilənənlərə, onun-bunun hesabına yaşayanlara seyid demişik”x9d.
Məsələ ilə bağlı “Yeni Müsavat”x9d qəzetinin dini eksperti Kənan Rövşənoğlunun fikirlərini aldıq. K.Rövşənoğlu seyidlərin kimlər olduğunu aşağıdakı kimi anlatdı:
“Əvvəlcə ondan başlayaq ki, “seyyid”x9d sözü ərəbcədən gəlir, tərcümədə “Cənab”x9d mənasını verir. İndi də ərəb ölkələrində ehtiram əlaməti olaraq insanlara “seyid”x9d deyə müraciət olunur. Ancaq əcəm, yəni ərəb olmayan ölkələrdə, xüsusən də Mərkəzi Asiyada bu termin geniş yayılıb və bir qayda olaraq Peyğəmbərin (s.ə.s) nəslindən, daha dəqiqi, İmam Əli (ə) və Fatimə Zəhranın (s.ə) övladlarından olanlar bu cür adlanır. Klassik ədəbiyyatda “seyyidlər”x9d Əlinin (ə) oğlu İmam Hüseynin (ə) nəslindən olanlara deyilir; İmam Həsənin (ə) nəslindən olanlar isə “şəriflər”x9d adlanır. 1916-cı ilə qədər Məkkənin hakimi olan sülalə “şəriflər”x9d adlanırdı; hazırda İordaniyanın Haşimlilər kralı məhz “şəriflər”x9din soyundandır. Hədislərdə onlar Peyğəmbər övladları adlandırılır və bu səbəbdən onlara sədəqə vermək və ya almaları haram buyurulub. Bu səbəbdən də, cəfəri fiqhində kasıb seyidlərin sədəqə almaması üçün xüms vergisinin bir hissəsi məhz onların təminatı üçün ayrılmalıdır. Bu mənada, seyidlər sədəqə deyil, xümsdən pay alıblar. Bu, Peyğəmbərə (s.ə.s) və İmam Əliyə, onun həyat yoldaşına, Peyğəmbər qızı Fatimə Zəhraya (ə) ehtiram əlaməti kimi qəbul olunub”x9d.

































































































