Yeni il ərəfəsində Azercell-dən “Pulsuz Danışıq Günləri”x9d kampaniyası!

Hazırda oxunan: Yeni il ərəfəsində Azercell-dən “Pulsuz Danışıq Günləri”x9d kampaniyası!

109558
Azərbaycan rabitə bazarının lider mobil operatoru Azercell Telekom yeni kampaniyaya start verib. Şirkət SimSim abunəçiləri üçün 3-20 dekabr, 2015-ci il tarixində “Azercell-dən Pulsuz Danışıq Günü”x9d kampaniyasını keçirir. Kampaniya çərçivəsində 3 AZN və ya daha yüksək nominallı SimSim danışıq kartı yükləyən hər kəs növbəti yeddi gündən 1-ni Azercell-lilərlə pulsuz danışacaq. Pulsuz danışıq günləri sistem tərəfindən avtomatik olaraq növbəti ardıcıl 7 təqvim günündən seçilərək abunəçiyə bildirilir. Kampaniyaya qoşulmuş abunəçi, bu kampaniyaya yenidən ən son yukləməsindən 7 təqvim günü keçdikdən sonra yenidən qoşula bilər. Onu da bildirək ki, pulsuz danışıq günündə abunəçinin şəbəkə daxili zənglərinin davamiyyəti 30 dəqiqə ilə məhdudlaşdırılacaq. Kampaniya qoşulan abunəçilər 1010 qisa nomrəsinə boş SMS gondərməklə pulsuz danışıq günləri haqda daha ətraflı məlumat əldə edə bilərlər. Qeyd edək ki, hər kəs tərəfindən böyük maraqla qarşılanan bu kampaniya hər il şirkət tərəfindən abunəçilərinə hədiyyə olunur.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz   

Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq, Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, M2M,MobilBank,GPRS/EDGE (mobil internet),24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza”x9d və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 48,12% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2013-cü ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon  nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 17 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaşı olan TeliaSonera şirkətlər qrupunun bir hissəsidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin