Şuşa-Xankəndi yolunda aksiya iştirakçıları nəylə QİDALANIR? - AÇIQLAMA

Hazırda oxunan: Şuşa-Xankəndi yolunda aksiya iştirakçıları nəylə QİDALANIR? - AÇIQLAMA

109557

“Aksiya iştirakçılarının qidalanma təminatı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən qarşılanır və mütəmadi olaraq hər cür qidalar təqdim olunur”. 

Bunu Bizim.Media-ya Şuşa ərazisində Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan yolun bir hissəsində Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilən etiraz aksiyasının iştirakçısı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədr müavini Məhsəti Hüseynova bildirib.

Onun sözlərinə görə aksiya iştirakçılarına əsasən əlüstü yeyilə bilən qidalar verilir:

“Tikə, lülə və toyuq kababları tərəvəzlərlə birgə çörəkarası şəklində insanlara təqdim edilir. Yeməklər yaşa uyğun fərqli və ağız dadına uyğun hazırlanmış şəklindədir. Mütəmadi olaraq mərci şorbası da verilir. Bundan əlavə daimi isti çay və kofe ilə də təmin olunuruq. Karton materiallı olan birdəfəlik istifadə üçün nəzərdə tutulmuş qablardan istifadə edilir ki, bu da sağlamlıq üçün əhəmiyyət kəsb edir”. 

Qeyd edək ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyaları üç gündür davam edir.

Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən etiraz aksiyası keçirilir. Aksiya Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. 
Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin