“Koroğlu dastanı" UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib

Hazırda oxunan: “Koroğlu dastanı" UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib

109529
Dünən Namibiyanın paytaxtı Vindhuk şəhərində keçirilən UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 10-cu sessiyasında təşkilata üzv dövlətlər tərəfindən təqdim edilən nominasiyaların müzakirəsi baş tutub.

Üzv dövlətlər tərəfindən UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına salınması üçün 35 nominasiya,  Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına isə 8 nominasiya irəli sürülüb.
Türkmənistanın hazırladığı “Koroğlu dastan sənəti”x9d nominasiya faylı Qeyri-maddi mədəni irsin qorunmasına dair Konvensiyanın bütün kriteriyalarına cavab verib. UNESCO ekspertlərinin qiymətləndirməsinə görə, "Koroğlu dastanı" qəhrəmanlıq, azadlıq, ədalət, düzgünlük, dostluq, tolerantlıq kimi dəyərləri özündə ehtiva edir.
Qeyd edək ki, dünən keçirilən müzakirələrdə Azərbaycan tərəfindən təqdim olunan “Lahıc misgərlik sənəti”x9d nominasiyası da UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib. Ekspertlər Azərbaycanın nominasiyasını nümunəvi bir namizədlik faylı kimi qiymətləndirib və gələcəkdə digər ölkələrin öz fayllarını hazırladıqları zaman istifadə edə biləcəyini qeyd ediblər.

Ermənistanın təqdim etdiyi “Köçəri, ənənəvi qrup rəqsi”x9d nominasiyası isə Konvensiyada tələb olunan beş kriteriyanın hamısından mənfi rəy alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin