Dövlət Məşğulluq Agentliyi ötən il 100 milyon manata yaxın zərər edib

Hazırda oxunan: Dövlət Məşğulluq Agentliyi ötən il 100 milyon manata yaxın zərər edib

109529

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi 2021-ci ili 96,422 milyon manat zərərlə başa vurub. 

Bizim.Media xəbər verir ki, ötən il Agentliyin gəlirləri 80 min manat, xərcləri isə 96,502 milyon manat, o cümlədən əməliyyat xərcləri 73,794 milyon manat, ümumi və inzibati xərcləri 22,704 milyon manat, maliyyə xərcləri isə 4 min manat təşkil edib. 

Bu il yanvarın 1-nə Dövlət Məşğulluq Agentliyinin aktivləri 107,126 milyon manat olub ki, bu da illik müqayisədə 29,1 % çoxdur. Hesabat dövründə agentliyin öhdəlikləri 5,3 dəfə arataraq 599 min manata, balans kapitalı isə 28,6 % arataraq 106,527 milyon manata çatıb. 
Xatırladaq ki, Dövlət Məşğulluq Agentliyi 2019-cu ildə Dövlət Məşğulluq Xidmətinin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 5 milyon manatdır. Agentlik əhalinin məşğulluğu sahəsində dövlət siyasətini həyata keçirən qurumdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin