Dövlət qurumlarının əməkdaşları üçün möhtəşəm kampaniya: bir aydan az vaxt qaldı!

Hazırda oxunan: Dövlət qurumlarının əməkdaşları üçün möhtəşəm kampaniya: bir aydan az vaxt qaldı!

109523

Onlarla dövlət qulluqçusu artıq yeni mənzillərin sahibi olub.

Harmoniya və komfortlu həyat tərzini müasir şəhər şəraitində əldə etməyin mümkünlüyünə şübhəniz varsa, “BCR - Baku City Residence” fikirlərinizi tamamilə dəyişəcək. Müasir şəhərdə, təbiətdən həzz alaraq, səs-küydən uzaqda və paytaxtın mərkəzinə 10 dəqiqəlik məsafədə yaşamaq arzunuz varsa, “Baku City Residence – Olimpik” sizin üçün ideal seçimdir. 

Üstəlik, kompleksdə bütün kateqoriyalardan olan dövlət qurumlarının əməkdaşları üçün mənzil satışı ilə bağlı dəyərli kampaniya davam edir. Kampaniya çərçivəsində dekabrın 31-dək 10% endirimlə mənzil almaq imkanı mövcuddur və bu günədək endirimli qiymətlərlə artıq 70-dən çox mənzil satılıb. Mənzil bazarındakı daimi artımı nəzərə alaraq, ekspertlər sözügedən ərazidə əmlak alarkən illik 8-10% artım təklif edirlər.

Onu da nəzərə almaq lazımdır ki, kompleksin yerləşdiyi Heydər Əliyev prospekti bu gün dövlət strukturlarını vahid və rahat mühitdə birləşdirən əsas mərkəzə çevrilir. Burada Heydər Əliyev Mərkəzi, SOCAR Tower, Azərsu Ofis Qülləsi, Atletlər Kəndi və Bakının simvollarından birinə çevrilmiş Milli Gimnastika Arenası yerləşir.
“Baku City Residence” yeni mənzil sahiblərinə təkcə mənzil yox, həm də yeni həyat tərzi və status təklif edir. Bundan əmin olmaq üçün sadəcə “Baku City Residence Olimpik”in üstünlüklərini sadalamaq kifayətdir.

1. Kompleks komfortlu həyat üçün lazım olan tibb müəssisələri, ticarət mərkəzləri, uşaq bağçaları, təhsil ocaqları və metro (Koroğlu stansiyası) daxil olmaqla hər cür zəruri infrastruktura yaxınlığı ilə seçilən əlverişli məkanda yerləşir.

2. “Baku City Residence Olimpik”-in sakinləri 9 hektar ərazisi olan dəbdəbəli və nəhəng yaşıl parkla yanaşı, həm də Böyük-Şor gölünün yaxınlığında öz bulvarına sahib olacaqlar.

3. Yaşayış kompleksindəki futbol, basketbol və digər açıq idman meydançaları, velosiped yolu, həmçinin qapalı fitnes zonası sakinlərin sağlam həyat tərzi üçün düşünülmüş imkanlar sırasındadır.

4. Kompleksdə səkkiz 16 mərtəbəli yaşayış binası mövcuddur və bunlardan altı bina artıq tam hazırdır. 

5. Kompleksdə hər zövqə və imkana görə 1 otaqlıdan 4 otaqlıyadək mənzillərə sahib ola bilərsiniz.

6. Yüksək sürətli KONE liftləri ilə təchiz olunan kompleks iki mərtəbəli, 945 yerlik və birbaşa binalara çıxışı təmin edən parkinq sahəsinə, eyni zamanda sakinlərin elektriklə işləyən avtomobilləri üçün nəzərdə tutulmuş enerji doldurma məntəqələrinə malikdir.

Bununla yanaşı kompleksin 24 saat mühafizə və müasir videomüşahidə sistemləri ilə siz özünüzün və uşaqlarınızın təhlükəsizliyinə tam əmin ola bilərsiniz. 

Kompleksin digər üstünlükləri sırasında camaşırxana, kimyəvi təmizləmə, uşaq bağçası, məktəb, kafe, restoranlar, idman meydançaları və velosiped yolları daxildir. Binanın 25 min m2 kommersiya sahəsinə malik olması onu biznesin inkişafı üçün cəlbedici edir və əla investisiya imkanları təmin edir.

“Baku City Residence”-dən mənzil almaq həm də yeni və sərfəli sərmayə imkanları deməkdir. Kompleksdən əldə edilən əmlaka əlavə sərmayə qoymaqla kirayə mənzillərdən passiv gəlir əldə etmək mümkündür. Daşınmaz əmlak ekspertləri qeyd edir ki, burada sərmayəçilər üçün risklər minimaldır və asanlıqla portfelin gəlirlərini bazara indeksləşdirmək imkanı əldə olunur.

Yaşayış kompleksindəki mənzillərin qiyməti artdıqca, sərmayənin də dəyəri və gəliri onunla birlikdə artacaq.

Odur ki, əgər siz hələ də yeni il üçün özünüzə hədiyyə etmək barədə düşünməmisinizsə, o zaman tam zamanıdır. Çünki kampaniyanın bitməsinə - 31 dekabra, bir aydan az vaxt qalıb.

Güzəştli mənzillərin sayı isə məhduddur.

Xatırladaq ki, bütün kateqoriyalardan olan dövlət qurumlarının əməkdaşları üçün 10% endirim kompleksdə alınan mənzillərə görə ödəniş növlərinə şamil edilir. Bu, ipoteka krediti (22 il müddətinə), şirkətdaxili satış şərtləri (3 il müddətinədək) və ya birdəfəlik ödəmə ola bilər.

“Baku City Residence” xüsusi hesablanmış 25%-dən başlayan ilkin ödəniş ilə 12 ayadək satış şərtləri təklif edir. Əlavə olaraq mənzilləri daxili bank ipotekası ilə, ilkin ödəniş 30% və illik 8% olmaqla əldə etmək mümkündür.

Odur ki, “Baku City Residence Olimpik”-də özləri üçün sadəcə yeni mənzil deyil, həm də yeni həyat imkanı qazanmış 70 şanslı müştərimiz sırasına qoşulmağa tələsin.

Unutmayın ki, öz rahatlığınıza yatırılan maliyyə, pulla ala bilməyəcəyiniz dinclik və harmoniya ilə müqayisə olunmazdır.

Əlaqə nömrəsi: 121

Veb: //olimpik.az/az 

Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin