“BakıBus”un problemləri bitib tükənmir. İndi də avtobusların intervalının düzgün tənzimlənməsi üçün nəzərdə tutulan mobil tətbiq aylardır ki, işləmir.
Redaksiyamıza müraciət edən sərnişinlər bildirirlər ki, mobil tətbiq olanda gedəcəyi ünvan üzrə marşrutun nə zaman gələcəyini bilirdilər. İndi isə məlumatsız şəkildə dayanacağın qarşısında vaxt itirməyə məhkumdurlar.
MÖVZU İLƏ BAĞLI:
“BakuBus” niyə nəzarətə götürüldü?- SƏBƏB
Bakı Nəqliyyat Agentliyindən mobil tətbiqin işləməməsi ilə bağlı Mais Ağayevin cavabı isə konkret oldu:
“Texniki məsələdir. Sistemdə hazırda yenilənmə işləri aparılır. Yaxın vaxtlarda yenidən sərnişinlərimizin xidmətində olacaq” – deyə bildirdi.
Gülşanə Mustafayeva, Bizim.Media