Mir Şahin MTRŞ-ni uddu - Məhkəmədə

Hazırda oxunan: Mir Şahin MTRŞ-ni uddu - Məhkəmədə

109516
Bakı Apellyasiya Məhkəməsində ANS Müstəqil Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı apelyasiya şikayətləri üzrə səkkiz məhkəmə işi başa çatıb.
xa0
Report-un məlumatına görə, Bakı Apelyasiya Məhkəməsi şirkətin şikayətlərini təmin edib və birinci instansiya məhkəməsinin qərarları ləğv olunub. İşlər baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılıb.
xa0
Qeyd edək ki, ANS Müstəqil Yayım və Media Şirkətinin baş direktoru Mir Şahin Ağayev MTRŞ-nın 5 oktyabr 2015-ci il tarixli - 09/3 saylı, 09/4 saylı, 09/5 saylı,09/6 saylı, 09/7 saylı, 09/10 saylı və 13 oktyabr 2015-ci il tarixli 10/2 saylı qərarından şikayət edib və ona əlavə edilmiş sənədlərin özünə geri qaytarılması barədə Səbail Rayon Məhkəməsində tələb irəli sürüb. Məhkəmə həmin iddiaları rədd edib. Qərardan narazı qalan şirkətin baş direktoru M.Ağayev apellyasiya şikayəti verib.
xa0
Xatırladaq ki, bu həftə Bakı Apellyasiya Məhkəməsində ANS Müstəqil Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı 8 şikayətinə baxılıb. Həftənin sonunadək şirkətin daha 5 şikayətinə baxılacağı gözlənilir. Şuranın 9 dəfə məhkəməyə verilməsi ANS Müstəqil Yayım və Media Şirkətinin baş direktoru M.Ağayev tərəfindən olub. Digər 4 halda isə televiziya kanalının müdafiəçiləri tərəfindən məhkəməyə müraciət edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin