Vahid Əhmədov 110 seçicinin problemlərini dinləyib

Hazırda oxunan: Vahid Əhmədov 110 seçicinin problemlərini dinləyib

109512
Qubanı   Milli   Məclisdə   təmsil   edən   Vahid   Əhmədov   keçirilmiş   görüşlər   zamanı   seçicilərin   çoxsaylı   xahişlərini   nəzərə   alaraq   Quba   şəhərində   yerləşən   ofisində   onları   qəbul   edib.

Moderator.az-ın xəbərinə, 110   nəfər   qəbula   yazılıb və onlar saat 16:00-dək   deputat   tərəfindən   ayırılıqda qəbul   ediliblər.

Hansı   rayonu   və dairəni   təmsil   etməsindən   asılı   olmayaraq   deputat  vətəndaşları dinləyib, qaldırdıqları   problemlərin   həlli   üçün   maksimum   diqqət   və   qayğı   göstərəcəyini bildirib.

Quba   üçün   xarakterik   olan   işsizlik, əhalinin   maddi   vəziyyətinin   aşağı   olması   səbəbindən   qaz, işıq   və   su   pullarının   vaxtında   ödəyə biməmələri   və   bununla bağlı   yaranan   problemlər, banklara   əhalinin   çox   böyük   əksəriyyətinin   borclu   olması, gənc   aillələrdə   boşanma   hallarının   çoxluğu   və   bundan   yaranan   problemlər, yerli-yersiz   sosial   yardım   almaq   üçün   edilən   səylər, bəzi   hallarda   idarə   rəhbərlərinin   əhalinin   qayğılarına   biganə, laqeyd   yanaşmaları   və   bir   sıra   digər   məsələlər   seçilərin qaldırdıqları əsas məsələlərdən   olub.

Mərkəzi   təşkilatlardan   asılı   olan   müraciətlərin   həlli   üçün   deputat   tərəfindən   köməkçiyə   müvafiq   tapşırıqlar   verilib, müraciətlər   nəzarətə   götürülüb.

                                                                                                                                                                                                                                     Deputat   köməkçisi Arif Orucovun Moderator.az-a bildirib ki, qəbul    prosesində   seçicilər   tərəfindən   qaldırılan   problemlərin   həlli   üçün   deputat   tərəfindən   idarə   və   müəssisə   rəhbərlərinə   edilən     müraciətlərin   böyük   əksəriyyəti   başadüşülən   şəkildə   qarşılanır   və   operativ   həllini   tapır: "Sevindirici   haldır   ki, əvvəlki   qəbullarda   qaldırılmış   və   həllini   tapmış   məsələlərə   görə   bir   neçə   seçici   də    uzun   növbə   gözləyərək   deputata   öz   minnətdarlıqlarını   bildiriblər. Dekabr   ayında   daha   bir   qəbul   planlaşdırılıb".       

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin