Ağsuda Təcili Tibbi yardım maşınının sürücüsü piyadanı vuraraq öldürüb.
Bizim.Media xəbər verir ki, hadisə ötən gecə rayonun Qaraqaşlı kəndində qeydə alınıb.
Belə ki,Ağsu rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım maşınının sürücüsü 36 yaşlı Bəkirov Natiq İlyas oğlu kənd yolunda hərəkətdə olarkən yolu keçmək istəyən piyada Qaraqaşlı kənd sakini 1975-ci il təvəllüdlü Vəliyev İlkin Yusif oğlunu vurub.
Ağır xəsarətlər alan piyada elə hadisə yerindəcə dünyasını dəyişib.
Onun meyidi müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib.
Hazırda faktla bağlı araşdırma aparılır.
Aqil Əsədov, Bizim.Media, Aran bürosu
- A-
- A
- A+
Cəmiyyət
11:45 / 14.12.2022
Ağsuda təcili tibbi yardım maşını qəza törədib - Ölən var
Hazırda oxunan: Ağsuda təcili tibbi yardım maşını qəza törədib - Ölən var
Hazırda oxunan: Ağsuda təcili tibbi yardım maşını qəza törədib - Ölən var
109500
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.