Gəncədə “zibil qutuları”nı yandıranlar məsuliyyətə cəlb olunacaqlar - FOTO 

Hazırda oxunan: Gəncədə “zibil qutuları”nı yandıranlar məsuliyyətə cəlb olunacaqlar - FOTO 

109488

“Gəncədə əhalinin gündəlik məişət tullantılarının atılması üçün nəzərdə tutulan müxtəlif tutumlu konteynerlər və zibil qutuları çox təəssüf ki, bəzi vətəndaşlar tərəfindən yandırılır. Dəmir və plastik materialdan hazırlanan bu tutumlar zibillə birlikdə yandırıldığı təqdirdə tamamilə yararsız hala düşür. Uzun müddət istifadəyə yararlı olan konteynerlərin vətəndaş məsuliyyətsizliyi nəticəsində yandırılması birmənalı olaraq yolverilməzdir”. 

Bu açıqlamanı Bizim.Media-nın yerli bürosuna Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin mətbuak katibi Vüsal Balayev verib.

Onun sözlərinə görə şəhərin müxtəlif ərazilərində zibil qutularının yandırılması həm şəhərin ekoloji tarazlığına mənfi təsir göstərir, həm də sakinlərin gündəlik istifadəsində olan tutumların yararsız hala düşməsinə gətirib çıxarır.

“Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Təmir-Tikinti şöbəsinin anbarlarında hazırda yararsız hala salınan bu kimi tutumlar əsaslı təmir olunur və rənglənərək yenidən təyin olunan ərazilərə qoyulur.

Şəhər MKTİB əhaliyə bir daha müraciət edərək bildirir ki, qurumun texnikaları tərəfindən gündəlik boşaldılması və daşınması həyata keçirilən konteynerləri yandırmasınlar” - deyə mətbuat katibi əlavə edib.

V.Balayev bildirib ki, bu kimi hallara yol verən vətəndaşlar aşkar olunaraq inzibati qaydada məsuliyyətə cəlb olunacaqlar. 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin