Şagirdlərə psixoloji təzyiq etdiyi deyilən müəllimlə bağlı QƏRAR VERİLDİ 

Hazırda oxunan: Şagirdlərə psixoloji təzyiq etdiyi deyilən müəllimlə bağlı QƏRAR VERİLDİ 

109478

Sosial şəbəkələrdə 25 nömrəli tam orta məktəbin ibtidai sinif müəlliminin şagirdlərə psixoloji təzyiq göstərməsi ilə bağlı valideyn tərəfindən yayılan məlumatla əlaqədar müvafiq araşdırma aparılıb, müəllimdən izahat alınıb. 

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, müəllim izahatında bildirib ki, uşaqlara psixoloji təzyiq göstərməyib, şagirdlərin dərsə məsuliyyət hissini artırmaq üçün onları tənbeh edib.

Digər məqamlar barədə məlumatların (şagirdlərin sanitar qovşağa buraxılmaması, onlarla kobud rəftar olunması) həqiqətəuyğun olmadığını bildirib. 

Məktəb rəhbərliyi tərəfindən sinifdə təhsil alan şagirdlərin valideynləri məktəbə dəvət olunub və onlar övladlarına qarşı heç bir şiddət və ya kobud rəftarın olmadığını yazılı formada təsdiqləyiblər. 
Məktəb rəhbərliyi tərəfindən uşaqlara fərdi yanaşmadığına, onların yaş xüsusiyyətini nəzərə almadığına, pedaqoji və psixoloji amillərə həssaslıq göstərmədiyinə görə müəllimə intizam tənbeh tədbiri kimi töhmət verilib. Belə hallara təkrar yol verildiyi təqdirdə daha ciddi tədbirlərin görüləcəyi bildirilib. 

Qeyd edək ki, sosial şəbəkədə yayılan məlumata görə, məktəbin I sinfində dərsini hazırlamayan şagirdlər 45 dəqiqə ərzində sinif otağında küncdə saxlanılıb. Sonra isə sinif müəllimi ibrət olsun deyə uşaqların fotosunu çəkərək valideynlər qrupuna göndərib. Eyni zamanda, iddia edilib ki, şagirdlər dərs müddətində sanitar qovşağa buraxılmır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin