Stress atmaq üçün vacib məsləhətlər

Hazırda oxunan: Stress atmaq üçün vacib məsləhətlər

10945

Təyyarələrdəki təhlükəsizlik tədbirlərində  sizə əzizlərinizə deyil, əvvəlcə oksigen maskasını özünüzə taxmağınızı məsləhət görürlər. Bunun əsas səbəbi budur ki, başqasına kömək edə bilmək üçün əvvəlcə özünüz sağlam olmalısınız.

Bizim.Media xəbər verir ki, bu qayda gündəlik həyatda da keçərlidir.  

Məktəbə, işə, evə, hər hansı bir yerə  çatmaq üçün  təlaş keçiririk. Bütün bunları edərkən həyatdan zövq almağı unuduruq.

Lakin  kiçik vərdişlərə yiyələnməklə bu bədbin vəziyyətin qarşısını almaq mümkündür.

Özünüzü yaxşı hiss edəcək, stresinizi aradan qaldıracaq və özünüzü tapmağa kömək edəcək tövsiyələri sizinlə paylaşırıq:

Mükəmməl olmağa çalışmayın

Mükəmməl olmaq cəhdləri sizə özünü uğursuz hiss etdirə bilər.  Bunun əvəzinə özünüzə kiçik hədəflər qoyun, böyük addımlar atın.

Maraqlı məşqlər… 

Bəhanə gətirməyi dayandırın və öz məşqlərinizi kəşf edin. İdman salonlarına getməyi sevmirsinizsə , açıq yoga dərslərini sınayın.

Gəzmək lazımdır!  

Gəzintiyə çıxmaq  gündəlik iş həyəcanı ilə məşğul olan zehninizi sakitləşdirməklə yaradıcılığı artıra bilər.

Prioritetlərinizi müəyyənləşdirin 

Etməli olduğunuz işlərin sayını azaldın. Daha çox zövq aldığınız şeyləri önə çəkin.

Yemək vərdişlərinizi dəyişin 

Yediklərinizin zehni və mənəvi olaraq sizə təsir etdiyini bilirdinizmi? Sağlam qidalanma vərdişlərinə sahib olmaq, yuxu rejiminizdən əhvalınıza qədər bir çox şeyi təsir edəcək və daha yaxşı bir həyat keyfiyyəti təmin edəcəkdir.

Kitab oxuyun! 

Ekranlardan uzaqlaşaraq ətirli, qalın və maraqlı bir roman oxuyun.

Yemək hazırlayarkən və yeyərkən tələsməyin! 

bir çox insan yeməklərini hər hansı bir içlə məşğul olarkən - yolda, kompüter  qarşısında, film seyr edərkən və s. vaxtlarda yeyir. Yemək yediyiniz  anlardan zövq alın və yemək zamanı başqa şeylərlə maraqlanmayacağınıza özünüzə  söz verin. Hətta ailənizi və sevdiklərinizi daha tez-tez yeməyə dəvət edin.

Sizə yaxşı təsir etməyən insanları həyatınızdan uzaqlaşdırın! 

Stresdən şikayət edirsiniz? O zaman sizə bədbinlik aşılayan insanlardan uzaqlaşın.

Daha çox yatın 

Yuxuya ehtiyac duyduğunuz günlərdə iş yerinizdən icazə  istəyin. Yuxu bir ehtiyacdır!

Qüsurlarınızla barışın 

Qüsurlarınız və sizi fərqləndirən  əlamətlərinizi sevin!

Təbiətə qaçın… 

İnsanların gəldiyi yerdə göydələnlər deyil, ağaclar var idi. Haradan gəldiyinizi xatırlayın, uzaqda olsanız belə təbiəti tez-tez ziyarət edin. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin