“Tanınmış, hörmətli jurnalist Elvin Rüstəmova Allah rəhmət eləsin. Yaxınlarına başsağlığı verirəm. Təəssüf ki, cavan yaşında vəfat etdi”.
Bizim.Media-nın məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçi Qurban Qurbanov “Qəbələ”ni 1:0 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının XVII tur oyunundan sonra mətbuat konfransında deyib.
MÖVZU İLƏ BAĞLI:
Xızıdakı ağır qəzada yaralananların kimliyi məlum oldu - YENİLƏNİB + ÖZƏL
50 yaşlı mütəxəssis qazandıqları qələbədən danışıb:
“Nəticə çox önəmli idi. Sonlara doğru komandada həm fiziki, həm də psixoloji yorğunluq olur. Düşündüyümüz bəzi epizodlar alınmasa da, qələbə üçün futbolçular həddən artıq güc sərf etdilər.
Son vaxtlar çox yaxşı formada olan rəqibə qarşı oynadıq. “Qəbələ”nin oyunçuları çox rahat çıxış edirlər. Bu baxımdan vacib 3 xal əldə etdik. Təəssüf ki, azarkeş həddən artıq az idi. Amma yenə də işimizə məsuliyyətlə yanaşmalıyıq”.
Bizim.Media