Təhsilini yarıda qoyub Vətənin keşiyinə yollanan Qax şəhidi Cavid Abdullayev ANILDI - FOTO 

Hazırda oxunan: Təhsilini yarıda qoyub Vətənin keşiyinə yollanan Qax şəhidi Cavid Abdullayev ANILDI - FOTO 

109405

Bu gün Qax şəhidi Cavid Vahid oğlu Abdullayevin doğulduğu kənddə növbəti anım mərasimi keçirilib.

Bizim.Media-nın yerli bürosunun məlumatına əsasən, mərasimdə rayon rəhbərliyi, Gənclər və İdman İdərisinin rəisi Əlövsət Bayramov və ictimaiyyətin nümayəndələri şəhidin məzarını ziyarət edib, xatirəsini ehtiramla yad edərək ruhuna dualar oxuyublar. 

Cavid Vahid oğlu Abdullayev 2000-ci il aprelin 23-də Qax rayonunun Qaşqaçay kəndində anadan olub. 2006-2017-cı illərdə Qaşqaçay kənd tam orta məktəbində təhsil alıb. 2018-ci ildə Qax rayonunun Peşə liseyinə qəbul olunsa da təhsilini yarıda qoyaraq hərbiyə yollanıb.  

Necə olur-olsun hərbidə qalaraq bu sahədə çalışmaq, Vətən torpaqlarını işğalçılardan azad etmək arzusu onun əsas amalına çevrilib.  

Yaxınlarının sözlərinə görə, evdə Cavidə “təhsilini başa vur, diplomunu al, sonra gedərsən” deyilsə də o, hamıdan cəld tərpənərək ordunu seçib. Vətən müharibəsi başlayana qədər “N” saylı hərbi hissədə xidmət edib.  
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Cavid Abdullayev 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatları nəticəsində başlanan Vətən Müharibəsinə könüllü qatılıb, hətta müraciət edərək öndə döyüşmək istədiyini bildirib. Onun komandanlığı Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Cavid əksər xüsusi tapşırıqları öz üzərinə götürərək icrasını uğurla həyata keçirib. 

Döyüşlərdən birində isə mühasirədə qalan yaralı yoldaşlarını çıxararkən özü də ağır yaralanıb.

O, oktyabrın 21-də Füzuli döyüşləri zamanı şəhid olub və Qax rayonunun Qaşqaçay kəndində torpağa tapşırılıb. Prezident İlham Əliyevin sərəncamılarna əsasən Cavid Abdullayev ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.  

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin