Zaqatala sakininin əllərini kəsən üç nəfər tutulub - FOTOLAR

Hazırda oxunan: Zaqatala sakininin əllərini kəsən üç nəfər tutulub - FOTOLAR

109367

Zaqatalada borca görə 26 yaşlı oğlanın əllərini balta ilə kəsən şəxslərdən daha biri tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Moderator.az-a verilən məlumata görə, Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 28-də Vüsal Bəşirova balta ilə xəsarət yetirmiş qrupun digər üzvü, rayon sakini Akif Mustafayev də saxlanılıb.

Qeyd edək ki, bundan əvvəl iş üzrə Zaqatala sakinləri Rəşad Tahirov və Araz Musayev saxlanılmışdılar.

Beləliklə, tutulanların sayı üçə çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin