“Beynəlxalq Əlillər Cəmiyyəti”x9d İctimai Birliyinin təşkilatçılığı ilə “Bacarıqlı Əllər Dünyası“ İctimai Birliyi 1 saylı Psixiatrik Xəstəxana ilə birlikdə Beynəlxalq Əlillər Günü ilə əlaqədar 03 dekabr 2015-ci il tarixdə saat 12.00 ”“ 15.00-dək Nizami rayonu, Məhsəti küçəsi-41 ünvanında yerləşən “Xəzər“ Universitetində “Biz də cəmiyyətin ayrılmaz üzvləriyik”x9d adlı tədbir keçirəcək.
Məlumat üçün bildiririk ki, həmin tədbirə bir sıra dövlət və beynəlxalq təşkilatlarının, Azərbaycandakı xarici səfirliklərin nümayəndələri dəvət olunublar.
Tədbirdə əlilliyi olan istedadlı insanların əl işlərindən ibarət sərgi təşkil ediləcək, Xəstəxananın Pantomim teatrının iştirakı ilə səhnəciklər göstəriləcək, əlilliyi olan insanlarla bağlı 3 dəqiqəlik film nümayiş etdiriləcək, Xalq artisti, “Şöhrət”x9d ordenli məhşur muğam ustası Mənsum İbrahimovun Muğam müsabiqələrinin qalibləri olan tələbələrinin iştirakı ilə konsert veriləcəkdir. Həmçinin “Beynəlxalq Əlillər Cəmiyyəti”x9d İB-in nəzdində fəaliyyət göstərən uşaqlardan ibarət “Xəzər ulduzları”x9d rəqs ansamblı və əlilliyi olan üzvləri də çıxış edəcəklər.
İştirak etmək istəyən hər bir kəs dəvətlidir.
02.12.2015































































































