Şuşada yaxın günlərdə hava necə olacaq?

Hazırda oxunan: Şuşada yaxın günlərdə hava necə olacaq?

109332

"Yaxın günlər ərzində ölkədə hava şəraitini nisbətən yüksək atmosfer təzyiq sahəsi təyin edəcək. Şuşa, Kəlbəcər və Laçında yaxın günlərdə hava şəraitinin yağmursuz keçəcəyi proqnozlaşdırılır".

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva səsləndirib.

O, qeyd edib ki, səhər və axşam saatlarında hava dumanlı olacaq. Gecə saatlarında şaxta 2 dərəcədən 7 dərəcəyədək olacaq. Gündüz saatlarında isə temperaturun müsbət 3-5 dərəcə olması ehtimal edilir.
Lakin səhər saatlarında və axşama doğru havanın temperaturu bir qədər aşağı enərək 0-2, 0-3 dərəcə şaxta intervalında dəyişəcək.

"Ölkənin digər rayonlarında həftənin sonuna kimi əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Dekabrın 16-da bəzi şimal və şərq rayonlarında az yağıntılı olacağı ehtimalı var. Lakin bu qısa müddətli prosedir.

Bakıda və Abşeron yarımadasında dekabrın 14-ü axşam və 15-dən sonra isə 16-sı axşamdan və 17-si gecə və səhər saatlarında şimal küləyinin arabir 15-17 metrə qədər güclənəyi gözlənilir. Havanın temperaturu ötən həftə ilə müqayisədə 2-3 dərəcə yüksələrək öz iqlim normasına yaxınlaşacaq", - Xidmət rəisi söyləyib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin